UNEC-in 95 illik yubileyi münasibətilə Fəxri məzunların təbrikləri davam edir.
UNEC-in fəxri məzunu, PAŞA Holdingin Baş İcraçı direktoru Cəlal Qasımov yubiley münasibətilə universitetə təbrik ünvanlayıb:
“Əziz İqtisad Universiteti, mənim dəyərli təhsil ocağım, hörmətli universitet kollektivi, akademik heyət, çox əziz tələbələr,
Hər birinizi İqtisad Universitetinin yaranma tarixi münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
İqtisad Universiteti bir çox göstəricilərə görə ölkənin öndə gedən universitetlərindən birinə, hətta birincisinə çevrilib. Universitetin tələbələri öz təhsil səviyyələri ilə fərqlənirlər. PAŞA Holding tərəfindən keçirilən “Əlaçı” təqaüd proqramında da iştirakçıların bir çoxu İqtisad Universitetinin tələbələridir.
İnsan özünü aid hiss etdiyi icmanın, qurumun, kollektivin uğurlarına çox sevinir və fəxr hissi ilə “Mən də bu qurumun bir hissəsiyəm” deyir. Mənim üçün də çox qürurverici bir haldır ki, 15 il öncə mən də bu universiteti bitirmişəm və bu universitetdə əldə etdiyim bilikləri, təcrübəni, təhsili həyatım boyunca istər şəxsi həyatda, istərsə də karyeramda uğurla istifadə etmişəm.
Bir daha universitetin bütün kollektivini, tələbələri və məzunları ildönümü münasibətilə ürəkdən təbrik edirəm, səsinizin daim yüksəklərdən gəlməsini arzu edirəm!”