A

UNEC rektoru professor Ədalət Muradovun rəhbərliyi ilə “UNEC–100 İnkişaf Strategiyası”nın icra vəziyyətinə həsr olunmuş görüş keçirilib. Görüşdə prorektorlar və digər məsul şəxslər iştirak ediblər.

Rektor qeyd edib ki, bu il “UNEC–100 İnkişaf Strategiyası”nın sonuncu beşillik mərhələsinə qədəm qoyuruq. Strategiyanın son ili isə tarixi Qarabağ Zəfərinin 10-cu ildönümünə təsadüf edəcək. Prof. Ədalət Muradov UNEC-in 100 illik yubileyini müasir və daha güclü universitet kimi qeyd edəcəyinə əminliyini ifadə edib.

Strategiyada 7 strateji məqsəd və 31 hədəfin müəyyən olunduğunu vurğulayan rektor, bu istiqamətdə artıq mühüm nəticələr əldə edildiyini bildirib. Eyni zamanda, görülən işlərin gələcəkdə daha böyük nailiyyətlərə zəmin yaradacağını qeyd edib.

Sonra UNEC rektorunun müşaviri, dosent Elşən Bağırzadə İnkişaf Strategiyasının 103 icra göstəricisi üzrə mövcud vəziyyəti iştirakçıların diqqətinə çatdırıb.

Hesabat təqdim olunduqdan sonra 33 göstərici üzrə işlərin sürətləndirilməsinin vacibliyi vurğulanıb. Bu istiqamətdə qarşıda duran vəzifələr və görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

TOP XƏBƏRLƏR