A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Qadınlar Şurası Qurban bayramı münasibətilə Bakı “SOS uşaq kəndi”ni ziyarət edib.

Səbail rayonu YAP Qadınlar Şurasının sədri, UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktor müavini Təranə Kərimova  uşaqları bayram münasibətilə təbrik edib. Cəmiyyətin diqqət və mənəvi qayğıya ehtiyac duyan təbəqəsinə dəstək olmaq, onlardan qayğını əsirgəməmək məqsədi ilə gerçəkləşən görüşü valideyn himayəsindən məhrum olan uşaqlar böyük sevinclə qarşılayıblar.

Görüşdə uşaq kəndinin kiçik sakinləri şeirlər səsləndirib, mahnılar oxuyublar. Görüşdə uşaqlara bayram sovqatı təqdim edilib.

TOP XƏBƏRLƏR