Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Karyera Həftəsi”nin rəsmi açılışı baş tutub.
Tədbirin açılışında çıxış edən Karyera Mərkəzinin direktoru Sevinc Məcid əmək bazarında baş verən dəyişikliklərə diqqət çəkərək, müasir dövrdə biliklə yanaşı, praktiki səriştə və bacarıqların əhəmiyyətindən danışıb. O, “Karyera Həftəsi”nin əsas məqsədinin tələbələrin əmək bazarının real tələbləri ilə tanış olması, peşəkar inkişaf imkanlarının genişləndirilməsi və işəgötürənlərlə birbaşa ünsiyyətin qurulması olduğunu vurğulayıb.
Daha sonra çıxış edən “Karyera planlaşdırılması və inkişafı” kafedrasının müdiri, dos. Rəşad Məhərrəmov tələbələrə ünvanlanan motivasiyaedici çıxışında karyeranın təsadüfi proses deyil, şüurlu seçimlər və davamlı inkişaf nəticəsində formalaşdığını qeyd edib. O, tələbələrin yalnız akademik biliklərlə kifayətlənməməli, eyni zamanda fərdi bacarıqlarını inkişaf etdirməli, aktiv və təşəbbüskar mövqe nümayiş etdirməli olduqları diqqətə çatdırıb. Qeyd olunub ki, “Karyera Həftəsi”ndə tələbələr üçün kafedranın təcrübəli müəllimləri tərəfindən müxtəlif təlimlər, seminarlar və görüşlər təşkil olunacaq.
“Karyera Həftəsi” “Karyera planlaşdırılması və inkişafı” kafedrası, UNEC Karyera Mərkəzi və “Karyera və İnkişaf” tələbə təşkilatının birgə təşkilatçılığı keçirilir.