Azərbaycan Dövlət İqtisad Universiteti-də “Rəsmi yazışmalar və sənədlərlə işin təşkili” mövzusunda təlim keçirilib.
Təlimin məqsədi universitetdə sənəd dövriyyəsinin düzgün təşkili, rəsmi yazışma qaydalarının təkmilləşdirilməsi və əməkdaşların bu sahədə biliklərinin artırılması olub. Tədbir zamanı rəsmi sənədlərin hazırlanması, yazışma mədəniyyəti, sənədlərin qeydiyyatı və arxivləşdirilməsi qaydaları barədə ətraflı məlumat verilib.
Təlimi UNEC-in Ümumi şöbəsinin müdiri Mətanət Novruzova aparıb. O, rəsmi sənədlərin hazırlanması zamanı diqqət yetirilməli məqamlar, normativ tələblər və praktiki nümunələr əsasında iştirakçılara izahlar verib, onları maraqlandıran sualları cavablandırıb.