UNEC-in elmi-tədqiqat fəaliyyətinin səmərəliliyini artırmaq və dövlətin strateji prioritetlərinə akademik dəstək vermək məqsədilə İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun strukturu yenidən formalaşdırılıb.
Yeni strukturda ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edən Qərbi Azərbaycan, həmçinin Qarabağ və Şərqi Zəngəzur regionlarının iqtisadi potensialının araşdırılması əsas hədəf kimi müəyyən edilib. Bu məqsədlə institutun tərkibində "Qərbi Azərbaycan iqtisadiyyatı" və "Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatı" şöbələri yaradılıb.
Şöbələrdə həmin regionların iqtisadi potensialının araşdırılması, inkişaf perspektivlərinin elmi metodlarla müəyyənləşdirilməsi və regionların sosial-iqtisadi tərəqqisinə dair tətbiqyönümlü təkliflərin hazırlanması nəzərdə tutulub.