UNEC rektoru, professor Ədalət Muradov “Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə universitetin professor-müəllim heyətini təbrik edib.
Rektor bildirib ki, təhsil hər bir cəmiyyətin gələcəyini formalaşdıran, hərtərəfli inkişafını təmin edən ən əsas amillərdəndir. Həyatını təhsilə həsr edən, daim öyrənmək və öyrətmək ruhu ilə yaşayan dəyərli müəllimlərimiz qazandığımız nailiyyətlərin ən əsas səbəbkarlarıdır. Məhz Sizin sayənizdə ölkənin insan kapitalı günbəgün zənginləşir, dövlətini, millətini, torpağını və tarixini sevən vətənpərvər gənc nəsil formalaşır.
Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır” fikri bu peşə sahiblərinə verilən qiymətin ən bariz nümunəsidir.
Məsuliyyətli və şərəfli vəzifəni layiqincə yerinə yetirən, müəllim adını daim uca tutan bütün müəllimləri bir daha təbrik edir, onlara ən xoş arzularımı çatdırıram!
UNEC-in Zaqatala filialında müəllimlərin peşə bayramı qeyd edilib. Filial direktoru, professor cbildirib ki, müstəqil dövlətimizin daha da gücləndirilməsində fəal iştirak edən, cəmiyyətdə öz layiqli və vicdanlı vətəndaş mövqeyi ilə seçilən insanlar məhz Azərbaycan müəlliminin əməyinin bəhrəsidir.
Çıxışlardan sonra tədbir tələbələrin ifasında ədəbi-bədii kompozisiya ilə davam edib.
UNEC-in Texnologiya və dizayn fakültəsinin tələbələri isə bu günü özlərinəməxsus qeyd ediblər. Qida məhsulları mühəndisliyi ixtisasında təhsil alan III kurs tələbələri “Qida məhsullarının texnologiyası” kafedrasının laboratoriyasında müəllimlər üçün tort hazırlayıblar.