A

UNEC-də Dövlət Müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbir UNEC tələbələrinin ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycanın Şərqdə və islam dünyasında öz müstəqilliyini elan edən ilk demokratik və dünyəvi dövlət olduğunu qeyd edən UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, ölkəmiz bununla bütün dünyaya müstəqillik prinsipləri və islami dəyərlərin bir-birini tamamladığını göstərib. 26-cı ildönümünü qeyd etdiyimiz müstəqilliyin bərpasının və qorunmasının Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən rektor, bu siyasətin daha da gücləndirilməsi istiqamətində Azərbaycan Prezidentinin apardığı siyasətdən danışıb. Bildirib ki, Ulu Öndərin strategiyasının uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bu gün müstəqil dövlət kimi regionda və dünyada nüfuz sahibidir.

Ölkə başçısının təhsil sahəsində həyata keçirdiyi islahatları diqqətə çatdıran Ə.Muradov bunun bariz nümunəsi kimi Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nın reytinqində Azərbaycan təhsilinin keyfiyyətinin daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşdığını xüsusi vurğulayıb. UNEC-in təhsil islahatları sahəsində öndə olan və bu sahədə iddialı universitet olduğunu, QS Reytinq Agentliyinin 2018-ci il üçün “QS İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinqinin nəticələrinin açıqlandığını qeyd edib. UNEC regionun 3000-ə yaxın universiteti arasında ötən illə müqayisədə 30 pillə yüksələrək 161-170 ən yaxşı universitetləri sırasında yer aldığını bildirib. İxtisaslaşmış Azərbaycan universitetləri arasında UNEC-in birinci yerdə olduğunu, iqtisadyönümlu universitetlər arasında isə regionun 4-cü ən yaxşı universiteti statusunu bir daha təsdiqlədiyini vurğulayar, bu uğurun Müstəqillik Gününə təsadüf etməsindən qürur duyduğunu ifadə edib.

UNEC kollektivini müstəqilliyin bərpasının 26-cı ildönümü münasibətilə təbrik edən millət vəkili Zahid Oruc bildirib ki, azadlıq və müstəqillik vətəndaş üçün, millətlər üçün əvəzolunmaz nemətdir, xeyirxahlıq təcəssümüdür. Xalqına xidmət etməyi hədəfləyən ali təhsil müəssisələrinin dövlətin ambisiyalarına cavab verdiyini vurğulayan millət vəkili, ölkənin müstəqilliyin daha da möhkəmləndirilməsi və gələcəyinin təmin edilməsində savadlı, bacarıqlı, vətənini, xalqını sevən gənclərə daim ehtiyac olduğunu qeyd edib.

UNEC-in professoru Abbas Seyidov Azərbaycanın dövlətçilik və müstəqilliyin bərpası uğrunda apardığı mübarizədən bəhs edib. Ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçiliyimizin möhkəmlənməsində, cəsarətli qərarlar qəbul edərək unitar, hüquqi, demokratik və dünyəvi Azərbaycan dövlətinin inkişafı və möhkəmləndirilməsinə nail olmasında əvəzsiz xidmətlərindən danışıb.

Tədbirdə Dövlət Müstəqilliyi Gününə həsr olunan videoçarx nümayiş olunub. Yaradıcılıq Mərkəzinin üzvləri vətənvərvərlik mövzusunda mahnılar ifa edib, şeirlər səsləndiriblər.

TOP XƏBƏRLƏR