A

Türkiyənin aparıcı universitetlərində mentorluq fəaliyyətinin təşkili təcrübəsini öyrənən UNEC  əməkdaşları ilə universitetdə görüş keçirilib.

UNEC-in rektoru, professor Ədalət Muradovla görüşən nümayəndə heyəti  Türkiyənin Haccettepe, Qazi və Hacı Bayram Vəli universitetlərinin mentorluq fəaliyyəti barədə təqdimatla çıxış ediblər.

Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzinin direktoru, dosent Raqif Qasımov mentorluq xidmətinin işləmə mexanizmləri, fakültələrdə mentorluq fəaliyyətinin təşkili, mentor müəllimlərin seçilməsi, mentorların vəzifə və öhdəlikləri barədə Türkiyənin aparıcı universitetlərinin təcrübəsini bölüşüb. Təqdimatda UNEC-də mentorluq fəaliyyətinin xarici meyarlara uyğun qurulması məqsədilə nümayəndə heyətinin hazırladığı təkliflərlə çıxış edib.

Mentorluq fəaliyyətinin əhəmiyyətindən söz açan rektor Ədalət Muradov, xarici təcrübənin pilot layihə kimi Magistratura mərkəzində tətbiq edilə biləcəyinin mümkünlüyünü bildirib. UNEC-də mentorluq xidmətinin keyfiyyətinin daha da artırılması və mentorların effektiv fəaliyyət göstərmələri məqsədilə UNEC Eksterndə xarici müəllimlər tərəfindən bu istiqamətdə distant təlimlərin keçirilməsinin faydalı olacağını qeyd edib. 

TOP XƏBƏRLƏR