Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov universitetin yeni Tələbə-rektoru Cavidan Adilzadə ilə görüşüb.
Professor Ədalət Muradov yeni Tələbə-rektoru təbrik edərək, ona tövsiyələrini verib. C.Adilzadəyə UNEC-də fəaliyyət göstərən tələbə təşkilatları ilə daha sıx şəkildə əməkdaşlıq etməyin, tələbələrin sosial fəallığının daha da artırılmasının, onların startap layihələrinə cəlb edilməsinin, eləcə də birgə layihələrin həyata keçirilməsinin önəmini qeyd edib. Ədalət Muradov Tələbə-rektoru tələbələrlə bağlı bütün məsələlərdə fəal olmağa, onların problemləri ilə yaxından maraqlanmağa çağırıb. Görüşdə “Tələbə senatı” və “Tələbə auditi”nın yaradılmasının vacibliyi vurğulanaraq, həmin təşkilatların tələbə özünüidarəetməsində mühüm rol oynadığı diqqətə çatdırılıb.
Rektor görüşdə iştirak edən, fəaliyyət müddəti bitmiş tələbə rektor Elmir Sadıqovun fəaliyyətini yüksək qiymətləndirərək, onunla çalışmaqdan məmnunluğunu ifadə edib.
Sonda rektor Ədalət Muradov yeni Tələbə-rektora fəaliyyətində uğurlar arzulayıb.