A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bunun üçün ən güclü proqramçılar yetişdirən təhsil mərkəzi və kampaniyaların imkanlarından istifadə edir.

Xəbər verdiyimiz kimi, Sankt-Peterburq Dövlət Universitetinin Sistem Proqramlaşdırma kafedrasının müdiri, prof. Andrey Nikolayeviç Terexov, sözügedən kafedranın baş müəllimi Marat Nemeşov və  İT proqramlaşdırma üzrə dünyada tanınan və yetişdirdiyi mütəxəssisləri ən məşhur beynəlxalq kampaniyalarda çalışan Lanit-Tercom şirkətinin baş meneceri İgor Sarıçev ötən gündən UNEC-də seminarlara start verib. Bu gün Lanit-Tercom şirkətinin əməkdaşı Marat Nemeşov Adaptiv Tədris Platforması və Adaptiv Tədrisin imkanları mövzusunda təqdimatla çıxış edib. Professor A.N.Terexovun da iştirak etdiyi seminara UNEC-in prorektorları, aidiyyatı fakültə, məktəb və kafedralarının rəhbərləri, müəllimlər qatılıblar. Məruzəçi Adaptiv texnologiyaların elektron təhsildə tətbiqi məsələlərindən geniş bəhs edib. Bildirib ki, bu texnologiyalardan istifadə hər bir öyrənənə öz individual təhsil və təlim proqramını seçməyə imkan verəcək. Bu texnologiyaların tətbiqi həm də pedaqoqlara tələbənin fəaliyyətini izləməyə, fərdi tədris planlarına mütəmadi olaraq dəyişikliklər etməyə, öyrənənin fərdi xüsusiyyətlərini nəzərə alaraq dərs saatlarını bölüşdürməyə, rast gəlinən problemləri vaxtında aşkar edərək onları həll etməyə imkan verəcək. Bir sözlə, adaptiv və intellektual texnologiyalar elektron təhsil sisteminin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldəcək. Sonda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

UNEC-də bu gün, həmçinin Sankt-Peterburq Dövlət Universitetinin Sistem Proqramlaşdırma kafedrasının müdiri, prof. Andrey Terexovun “SPDU-da qrafik texnologiyaların proqram-laşdırılması tarixi” mövzusunda mühazirəsi dinlənilib. Mühazirədə Texnologiya və Dizayn fakültəsinin İnformasiya texnologiyaları və Sistem mühəndisliyi ixtisaslarında rus bölməsində təhsil alan II və III kurs tələbələri iştirakı ediblər.

TOP XƏBƏRLƏR