A

XX əsrin ən qanlı cinayətlərindən biri olan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilib.

Dövlətin ali zirvəsinin və on minlərlə insanın qatıldığı yürüşdə UNEC-in kollektivi də iştirak edib. Yürüşdə “Xocalıya ədalət!”, “Dünya, Xocalı soyqırımını tanı!”, “Erməni cəlladlarına ölüm!” şüarları səslənib, faciəni özündə əks etdirən plakatlar nümayiş olunub.

Yürüş iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət ediblər. Ziyarətçilər abidənin önünə gül dəstələri düzüblər, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

TOP XƏBƏRLƏR