UNEC dünyanın ən nüfüzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” “THE İmpact Ranking” reytinqində UNEC dünya universitetləri arasında 619-cu, Azərbaycan üzrə isə birinci yerə yüksəlib.
“THE İmpact Ranking” reytinqini dünya universitetlərinin fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının 17 Dayanaqlı İnkişaf Məqsədləri (DİM) üzrə ölçür.
UNEC reytinqdə aşağıdakı kriteriyalar üzrə sıralanıb
“Layiqli əmək və iqtisadi artım” hədəfi üzrə (universotetlərin inklüziv və dayanıqlı iqtisadi artımı, hamı üçün məşğulluğun və layiqli əməyin təşviq edilməsi) - dünyanın ən yaxşı 201-300 universiteti sırasına daxil olub.
“Keyfiyyətli təhsil” məqsədi üzrə (universitetlərin təhsil istiqamətdə fəaliyyətinin cəmiyyətə təsiri)- dünyanın ən yaxşı 401-600 universiteti sırasına daxil olub.
“Sənaye, innovasiya və infrastruktur” (universitetlərin möhkəm infrastrukturunun yaradılması, inklüziv və dayanıqlı sənayeləşmənin təşviqi və innovasiyaların inkişafına dəstək) məqsədi üzrə - dünyanın ən yaxşı 401+ universiteti sırasına daxil olub.
“Məqsədlər üçün tərəfdaşlıq” üzrə (universitetlərin dayanıqlı inkişaf gündəliyinin uğurlu icrası üçün qlobal səviyyədə hökumət, özəl sektor və vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin genişlənməsi) - dünyanın ən yaxşı 401-600 universiteti sırasına daxil olub.