UNEC-də IV modul üzrə imtahan sessiyasının sonuncu “Açıq qapı” günü keçirilib.
“Açıq qapı”da rektor professor Ədalət Muradov, UNEC İctimai Nəzarət Şurasının üzvləri, millət vəkili Arzu Nağıyev, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov və universitetin müvafiq struktur rəhbərləri qəbula yazılan 18 tələbənin imtahanla bağlı müraciətini dinləyiblər.
Tələbələrin müraciətləri imtahan nəticəsinə balın əlavə edilməsi, apellyasiya müraciətlərinə yenidən baxılması, təkrar imtahanın təşkili, akademik borcun ləğv edilməsi, imtahan zamanı yaranan texniki problemlər barədə olub. Müraciətlər dinlənildikdən sonra araşdırılması üçün tapşırıq verilib, bəzi məsələlər isə yerindəcə həllini tapıb.
Xatırladaq ki, UNEC-də IV modul üzrə imtahan sessiyası iyunun 18-dən iyulun 3-dək keçirilib.