A

Sentyabrın 23-də Ümumi fənlərin tədrisinin təşkili departanenti tərəfindən 27 sentyabr – Anım Gününə həsr olunan mühazirə keçirilib.

Tədbirdən öncə şəhidlərin əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.

ÜFTTD-nin direktoru dos. Gülnarə Rzayeva 44 günlük Vətən müharibəsində əldə edilən şanlı qələbənin əhəmiyyətindən söz açaraq, Azərbaycanın bu qələbəni şəhidlərin qanı, canı hesabına qazandığını. xalqın amalı, birliyi və iradəsi ilə Vətən müharibəsində yazılan yeni şanlı tarixin haqq və bəşəri ədalət nümunəsi olduğunu qeyd edib.

Azərbaycan dili kafedrasının müdiri prof. Tofiq Əbdülhəsənli ötən il Ermənistana qarşı əks-hücum əməliyyatının başlanmasından və 44 gün ərzində ordumuzun qazandığı parlaq qələbələrdən bəhs edib. 

Sonra kafedranın dosentləri A.Qədiməliyeva, Ç.Qəhrəmanova, A.Rzai, A.Hüseynova, baş müəllimlər N.Yusifova, M.Əmrahova Vətən müharibəsində igid əsgərlərimizin qəhrəmanlıq salnaməsindən, xalqla ordu birliyindən danışıblar.

 

TOP XƏBƏRLƏR