×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Could not delete folder. Path: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

UNEC Qazaxıstanın "İAAR (Müstəqil Akkreditasiya və Reytinq Agentliyi) Avrasiya universitetləri reytinqi" sıralamasında iştirak edərək, 2021-ci ilin nəticələrinə əsasən, “İAAR EUR Economic University” (İAAR Avrasiya İqtisad Universiteti) mükafatına layiq görülüb.

İAAR-ın Əlavə Təhsil Təşkilatlarının İnstitusional və Proqram Akkreditasiyası üzrə layihə meneceri Malika Saidulayeva mükafatların təqdim edilməsi məqsədilə UNEC-də olub.

Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Neman Muradlı ilə görüşən İAAR rəsmisi UNEC-in əldə etdiyi uğura görə təbriklərini çatdırıb, kubokla sertifikatı təqdim edib.

TOP XƏBƏRLƏR