A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) kimya üzrə Nobel mükafatı laureatı, professor Aziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyasının açılışı olub.

BP-nin dəstəyi ilə UNEC-in 3 saylı tədris binasında yaradılan laboratoriyanın açılışında Nobel mükafatçısı professor Aziz Sancar, UNEC-in rektoru professor Ədalət Muradov, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli iştirak ediblər.

Müasir texnologiyalarla və avadanlıqlarla təchiz olunan laboratoriya ilə tanışlıq zamanı Aziz Sancara bildirilib ki, laboratoriya “Mühəndislik və tətbiqi elmlər” kafedrasının nəzdində fəaliyyət göstərir. Laboratoriyada elmi-praktiki araşdırmalar, tədqiqatlar və ekspertizalar aparılacaq, qida məhsullarının müvafiq standartlara, tələblərə uyğunluğunun qiymətləndirilməsi, eləcə də qida məhsullarının keyfiyyət göstəriciləri üzrə laboratoriya analizi həyata keçiriləcək. Həmçinin qida sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər, normativ-hüquqi aktlar, metodiki materiallar işlənib hazırlanacaq, qida məhsullarının texnologiyası sahəsindəki islahatların elmi və praktiki əsaslandırılması aparılacaq.

AZTV

 

İTV 

ATV 

Space TV 

TOP XƏBƏRLƏR