UNEC-də yanvarın 5-dən fevralın 2-dək payız semestrinin imtahan sessiyası keçiriləcək.
Sessiya müddətində, ikinci imtahan həftəsindən başlayaraq, hər həftənin şənbə günü İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə rektorun “Açıq qapı”günləri keçiriləcək. "Açıq qapı" günlərində imtahan sessiyası ilə bağlı tələbələrin müraciətləri dinləniləcək.
Sessiya dövründə UNEC-in 1846 Qaynar xətti və rəsmi Facebook səhifəsi tərəfindən müraciətlər operativ şəkildə cavablandırılacaq.