A

Fevralın 23-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kommersiya fakültəsində  “Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımıdır” mövzusunda tədbir keçirilib.

Fakültə dekanı Mirağa Əhmədov “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işlərdən danışıb. Bildirib ki, kampaniyanın fəaliyyəti nəticəsində bir sıra dövlətlərin parlamentləri tərəfindən Xocalı hadisələrinin rəsmi şəkildə soyqırımı kimi tanınmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzünün qəbul edilməsinə nail olunub.

“Xocalı Soyqırımını tanıtma” ictimai birliyinin sədri, “Ana harayı” qəzetinin baş redaktoru Şamil Sabir oğlu milli-azadlıq hərakatında Qarabağ döyüşlərində Xocalı soyqırımda baş verən hadisələrin mətbuat səhifələrində işiqlandırılması barədə danışıb. Xocalı sakini, Qarabağ əlili Hüseynağa Quliyev soyqırımda ailə üzvlərini itirdiyini və girov düşdüyünü bildirib. Xocalıda gedən ağır döyüşlərlə bağlı xatirələrini bölüşən xocalı sakini girovluq həyatından danışıb.

UNEC-in Azərbaycan tarixi kafedrasının müdiri, professor Hidayət Cəfərov ermənilərin Qarabağa köçmə yolu ilə gətirilmələri, bu işlə rus çarizmi, habelə Sovet rəhbərliyinin rolunu, ermənilərin Azərbaycan xalqına qarşı zaman-zaman təcavüzünü təkcə Xocalının XX əsrlə üç dəfə hərbi müdaxiləyə məruz qaldığını bildirib.

Azərbaycan Dillər Universitetinin professoru Məhəmməd Teymurlu Qarabağ savaşının bitmədiyini bildirib: “Torpaqlarımızı erməni işğalçılarından azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyirik”.

Tədbirdə “Ana harayı” qəzetinin baş redaktor müavini, şair Vaqif Həsənzadə Xocalı Soyqırımına həsr etdiyi şeirini söyləyib.

TOP XƏBƏRLƏR