A

27 sentyabr “Anım Günü” ilə bağlı Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi Tədbirlər Planına əsasən UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə silsilə tədbirlər  keçirilib.

Kollecdə 1-ci saat dərslər Anım Gününə həsr olunub. Bundan sonra Kollecin tələbələri Sabunçu rayonunda yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər. 

Tədbirlər Planına uyğun olaraq kollecin akt zalında tələbələrin hazırladıqları əbədi-bədii tədbir nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru p.e.d Vidadi Orucov 44 günlük Vətən müharibəsində  şanlı tarix yazan oğullarımızın döyüş yolundan qürurla danışmış və şəhidlərimizə rəhmət diləyərək onlara daim borclu olduğumuzu vurğulamışdır.

44 günlük Vətən müharibəsinin iştirakçısı olan tələbələr çıxışlarında keçdikləri döyüş yolundan söhbət açıblar. 

Kollecin müəllimləri Rasim Abasquliyev, Aynur Ağamalıyeva çıxış edərək torpaqlarımızın işğaldan azad edilməsində şəhadətə ucalmış qeyrətli Vətən övladlarını heç vaxt  unutmayacaqlarını bildirdilər.

Tədbirin sonunda Anım Gününə həsr olunmuş rəsm,şeir və inşa nominasiyaları üzrə müsabiqənin nəticələri elan olunub. 

TOP XƏBƏRLƏR