UNEC-də “Beynəlxalq, ölkə və təşkilatdaxili qrantların əldə edilməsi üçün hazırlanacaq sənədlər və görüləcək işlərin əsaslandırılması: yanaşmalar və tövsiyələr” mövzusunda metodik seminar keçirilib.
UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun (İAETİ) təşkilatçılığı ilə keçirilən tədbirdə professor-müəllim heyəti, tədqiqatçılar iştirak ediblər.
Seminarın açılışında çıxış edən İAETİ-nin direktoru professor Yadulla Həsənli mövzunun aktuallığından danışaraq, qrant layihələrini şərtləndirən amilləri açıqlayıb.
İAETİ-nin şöbə müdiri, dosent Murad Bağırzadə metodik seminarda çıxış edərək, donor tələblərinə, habelə təsir amillərinin nəzərə alınmasına cavab verən layihə təkliflərinin hazırlanması qaydaları, müvafiq ardıcıl tədbirlərin təşkili üsulları, layihə təklifinin sənədlər dəstinin tərtibi, xarici və yerli təcrübələri şərh edib.
Sonra institutun şöbə müdiri Rəşad Hüseynov UNEC-in təşkil etdiyi qrant müsabiqəsi ilə bağlı, eləcə də təqdim edilən layihələr, onların qiymətləndirilməsi metodologiyası barəsində seminar iştirakçılarına ətraflı məlumat verib.
Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.