UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsi və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə Füzulinin işğaldan azad edilməsinə həsr olunmuş “Şanlı Vətən” adlı tədbir keçirilib.
Tədbirdə fakültənin müəllim-tələbə heyəti ilə yanaşı, xalq artisti Nurəddin Mehdixanlı, Füzuli uğrunda döyüşlərdə həlak olan şəhid Orxan Qəhrəmanovun anası Arzu Qəhrəmanova və qazi Xəqani Muradov da iştirak ediblər.
Fakültənin dekanı, dos. Elçin Eyvazov müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Füzuli rayonunun işğaldan azad olunmasından, qəhrəman oğullarımızın şücaətindən söz açıb.
Xalq artisti Nurəddin Mehdixanlı da Vətən müharibəsində igid oğullarımızla yanaşı, arxa cəbhədə informasiya mübarizəsinə qoşulan gənclərin qəhrəmanlığından danışıb.