Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) və Zaqatala filialında 8 noyabr-Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Türk Dünyası İqtisad fakültəsində keçirilən tədbirdə fakültə dekanı professor Mehmet Yüce, dekan müavini Cəvahirxanım Məmmədova, İqtisadiyyat və işlətmə kafedrasının baş müəllimi Nəriman Xanəhmədov, fakültə katibi Rəna Qurbanova və tələbələr iştirak ediblər.
İqtisadiyyat və idarəetmə fakültəsi ilə Biznes və logistika kafedrasının təşkilatçılığı ilə keçirilən Zəfər tədbirin fakültənin dekanı dosent Elçin Eyvazov, TUDİFAK dekanı, professor Mehmet Yüce, Rus İqtisad fakültəsinin dekanı dosent Mənsur Bərxudarov, kafedranın müdiri dosent Məhəmməd Əliyev, dosent Gülnarə Əzizova, tələbələr və şəhid məzunumuz-Şuşa fatehi Teymur Məcidzadənin anası Yasəmin Camalova ilə birlikdə qeyd olunub.
Mühəndislik fakültəsi və Ümumi fənlərin tədrisinin təşkili departamentinin birgə təşkil etdiyi seminarda fakültənin dekanı dosent Elçin Səmədov, Humanitar fənlər kafedrasının dosenti Telman Niftaliyev, Mühəndislik və tətbiqi elmlər kafedrasının ixtisas rəhbərləri dosentlər Azər Məmmədov, Mövlud Hüseynov çıxış ediblər.
Ümumi fənlərin tədrisinin təşkili departamentinin Humanitar fənlər kafedrasında keçirdiyi tədbir “Zəfər günü – milli ləyaqətimizin rəmzidir” mövzusunda olub. Tədbirdə kafedrasının müdiri prof. Vəkil Həsənov, dosentlər Yusif Fərzəliyev, Telman Niftaliyev və b/m İbrahim Babayev mövzu ilə bağlı çıxış ediblər.
Zəfər Günü ilə bağlı tədbir UNEC-in Zaqatala filialında da qeyd olunub. Tədbirdən öncə filialın tələbəsi, şəhidlik zirvəsinə ucalan Anar Qarayevin şəkili önünə gül dəstələri düzülüb. Tədbir filialın direktor müavini dosent Həqiqət Qədimovanın çıxışı ilə davam edib.
Tədbirlərdə çıxış edənlər 44 gün davam edən və 30 ilə yaxın işğal altında olun ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsindən söz açıblar. Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qəhrəmanlığı sayəsində əldə olunan parlaq qələbəni tariximizin ən parlaq səhifəsi adlandırıblar.