A

UNEC-də “YENİ Klub”un təsis toplantısı keçirilib.

Tədbirdə UNEC-in prorektoru dosent Şaiq Əsgərov,YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, klubun üzvləri və tələbələr iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, ümummilli liderin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.

Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra təsis toplantısının açılışı olub.

UNEC-in prorektoru dosent Şaiq Əsgərov universitetdə fəaliyyət göstərən tələbə təşkilatları barədə məlumat verib. Bildirib ki, universitetdə tələbə-rektorla yanaşı, müxtəlif istiqamətlər üzrə 10 tələbə təşkilatı fəaliyyət göstərir. Ş.Əsgərov tələbələrin ictimai şüurunun formalaşmasında, eləcə də sosial fəaliyyətlərinin səmərəli təşkilində həmin təşkilatların əhəmiyyətini diqqətə çatdırıb.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov “YENİ Klub”un yaradılması təşəbbüsünə dəstək göstərildiyi üçün təşəkkürünü bildirib. O, tələbə klublarının gənclərin şəxsi inkişafında, eləcə də onların cəmiyyətdə təşəbbüskar rolunun artırılmasında mühüm rol oynadığını bildirib.

Sonra “YENİ klub”un üzvü olan tələbələr təqdimatla çıxış edərək, klubun yaradılmasının məqsədi, fəaliyyət istiqamətləri və kluba üzvlük barədə məlumat veriblər. Bildiriblər ki, YAP Gənclər Birliyinin təşəbbüsü ilə “YENİ Klub”ların formalaşdırılmasının məqsədi ali təhsil müəssisələrində tələbələrin iştirakı ilə ictimai-sosial, vətənpərvərlik, fərdi inkişaf, idman və bir sıra digər istiqamətlərdə müxtəlif təşəbbüslərin həyata keçirilməsi, çoxşaxəli layihələrin reallaşdırılmasıdır. 

TOP XƏBƏRLƏR