A

Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) olan nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Business Unusual” adlı 2022-23 Keçid Hesabatının təqdimatını keçirib.

Nümayəndə heyətinin üzvləri Beynəlxalq İqtisadiyyat və Biznes kafedrasının müdiri dos. Xətai Alıyev və həmin kafedranın müəllimi Nicat Muradzadə tərəfindən UNEC Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) qarşılanıblar. Görüşdə qonaqlara UNEC brendi, ISE və UNEC Empirik Tədqiqatlar Mərkəzinin fəaliyyətinə dair məqamlar çatdırılmışdır. Ardınca, tərəflər arasında tədqiqat məsələləri də daxil olmaqla, gələcək mümkün əməkdaşlıqlar barədə fikir mübadiləsi aparılmışdır.

Təqdimat mərasimi UNEC-in Elm üzrə prorektoru, professor Sakit Yaqubovun açılış nitqi ilə başlamışdır. Ardınca, AYİB-in baş iqtisadçı ofisinin aparıcı iqtisadçısı Dr. Zsoka Koczan hesabatın müxtəlif aspektlərini dövlət və özəl sektor nümayəndələrinə, bankın tərəfdaşlarına, diplomatik korpus nümayəndələrinə, elm xadimlərinə və tələbələrə təqdim etmişdir.

2022-23-cü illər üçün tərtib olubmuş hesabatın əhatə dairəsi müharibə və sülh iqtisadiyyatı, münaqişə və miqrasiya, qlobal təchizat zəncirləri, o cümlədən Azərbaycanın gələcək iqtisadi artım perspektivləri olub. Tədbir aktiv sual-cavab sessiyası ilə yekunlaşıb.

Qeyd edək ki, AYİB Azərbaycanda 188 layihəyə 3,6 milyard avrodan çox sərmayə qoyub. Bankın Azərbaycan üzrə strategiyası ölkə iqtisadiyyatının şaxələndirilməsinə və qeyri-neft özəl sektorunun inkişaf ına kömək etməkdən ibarətdir.

TOP XƏBƏRLƏR