A

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə  “Yaradıcı Həftə” çərçivəsində UNEC-də “Qisas almadan ölmə” adlı tammetrajlı bədii filmin nümayişi olub.

Filmin təqdimatından öncə Dövlət Himni səsləndirilib. Sonra tələbələrlə iş üzrə prorektor dos. Səadət Qəndilova, “Qisas almadan ölmə”, “Keçmişdən məktublar” adlı ekran əsərlərinin ssenari müəllifi, rejissoru, xalq artisti Oqtay Mir-Qasım və ARKA-nın şöbə müdiri Rəşad Qasımov çıxış ediblər.

Sonra Azərbaycanda yaşamış almanların 1941-ci ildə İ.Stalinin əmri ilə Orta Asiyaya sürgün olunmasından bəhs edən “Qisas almadan ölmə” filmi nümayiş olunub.

Sonda iştirakçılar filmlə bağlı təəssüratlarını bölüşüblər.

TOP XƏBƏRLƏR