Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən X “Gəncliyin səsi” İncəsənət Festivalı keçirilib.
Festivalda UNEC Dizayn məktəbinin müəllim və tələbələri də iştirak ediblər. Tədbir çərçivəsində təşkil olunmuş rəsm sərgisində “Dizayn” ixtisası üzrə təhsil alan tələbələrin əl işləri sərgilənib. UNEC tələbələrinin rəsm əsərləri sərgini ziyarət edən qonaqlar böyük maraqla izləyiblər.