UNEC Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan bayram konserti keçirilib.
Konsert proqramında Yaradıcılıq Mərkəzinin üzvləri Elxan İsgəndərov, Vüsal Aslanov, Nadir Əzimli, Rəvan Mehdizadə, bədii rəhbər Əfsanə Məmmədova və UNEC Rok qrupu birin-birindən şən musiqilər ifa edərək, tədbirə rəng qatıblar. Bədii qiraət dərnəyinin üzvü Rəvan Əliyevin səsləndirdiyi “Ana” şeiri isə iştirakçılara duyğulu anlar yaşadıb.
UNEC əməkdaşlarının böyük sevinclə izlədikləri bayram konserti UNEC Yaradıcılıq Mərkəzinin Rəqs dərnəyinin üzvlərinin “Naz eləmə”, “Vals” rəqsləri ilə davam edib.