A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi ilə bağlı təsdiq edilmiş tədbirlər planına uyğun olaraq UNEC Kitabxana-İnformasiya Mərkəzi, Maliyyə və mühasibat fakültəsinin və “Maliyyə və audit” kafedrasının dosenti Flora Kaşiyevanın birgə təşkilatçılığı ilə yazıçı Elxan Elatlı ilə görüş keçirilib.

1 saylı kitabxanada keçirilən tədbirdə Maliyyə və mühasibat fakültəsinin professor-müəllim və tələbə heyəti, UNEC Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Yazıçı uğur hekayəsini tədbir iştirakçıları ilə bölüşərək, yaradıcılığının əsas məqamlarını, əsərlərinin yaranması ideyası və ilham mənbəyi haqqında məlumat verib və oxucuları maraqlandıran sualları cavablandırıb.

Yazıçı tələbələrlə görüşlərin həmişə yaddaqalan olduğunu vurğulayaraq, bazar iqtisadiyyatı reallığında UNEC-in iqtisadçı tələbələri ilə görüşün xüsusi maraq kəsb etdiyini diqqətə çatdırıb.

Sonda görüş üçün təşəkkürünü bildirən müəllif oxucular üçün kitablar imzalayıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay