A

UNEC-in tələbələri Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyinə səfər ediblər.

Səfər UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 28, 29 və 30 aprel tarixlərində həyata keçirilib. Üç gün ərzində keçirilən səfərdə UNEC-in tələbə təşkilatlarını təmsil edən ümumilikdə 75 fəal tələbə iştirak edib.

Qeyd edək ki, “Şöhrət” muzeyi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin əbədiləşdirilməsi, onun həyat və fəaliyyətinin, zəngin irsinin dərindən öyrənilməsi və gələcək nəsillərə çatdırılması məqsədilə yaradılıb. Muzey, eyni zamanda, Azərbaycan gəncliyinin Heydər Əliyev ideallarına sədaqət ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.

Unikal məzmuna və nəfis tərtibata malik olan "Şöhrət" muzeyinin, eləcə də Ümummilli Lider Heydər Əliyevin muzey qarşısında ucaldılmış möhtəşəm abidəsinin təntənəli açılış mərasimi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2006-cı il mart ayının 27-də Akademiyaya səfəri zamanı baş tutmuşdur.

Səfər çərçivəsində tələbələr muzeyin eksponatları ilə yaxından tanış olmuş, sonda isə xatirə şəkli çəkdirmişlər.

TOP XƏBƏRLƏR