UNEC-də İnklüziv Təhsil Mərkəzi, Dizayn Məktəbi və “Foto-Xalça” şirkətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş əl işləri sərgisi təşkil edilib.
Sərgidə “Foto-Xalça” şirkətinin ipək xalçaları, UNEC Dizayn Məktəbinin tələbələrinin rəsm əsərləri, həmçinin “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin sədri Azadə Məmmədova və Rahim Rzayevin əl işləri nümayiş olunub.
Tədbirdə Dövlət Məşğulluq Agentliyinin Sosial tərəfdaşlarla iş şöbəsinin müdiri Saleh Həsənov, “Zəfər Yolu” İctimai Birliyinin sədri Pərvanə Abdullayeva, Rəssamlıq Akademiyasının əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Sərgi çərçivəsində UNEC-in Rəqəmsal İqtisadiyyat Mərkəzinin direktoru Mansur Bərxudarov və TUDİFAK müəllimi Nəriman Xanəhmədov çıxış edərək sərginin əhəmiyyətindən və inklüziv təhsilin cəmiyyət üçün önəmindən danışıblar.