A

UNEC-də “O səs sənsən” mahnı müsabiqəsi keçirilib.

Türk Dünyası İşlətmə Fakültəsinin (TUDİFAK) Gənclər Klubunun təşkilatçılığı ilə keçirilən mahnı müsabiqəsində fakültənin gözəl səsə malik olan tələbələri musiqilər ifa ediblər. İki mərhələdən ibarət müsabiqədə 8 tələbə qalib olmaq uğrunda səslərini sınayıb.

Gənc müğənnilərin də təmsil olunduğu münsiflər heyətinin dəyərləndirməsindən sonra fakültənin beynəlxalq əlaqələr ixtisası üzrə 2-ci kurs tələbəsi Rüfət Mustafayev “O səs sənsən”in qalibi olub. II-ci yerə IV kurs tələbəsi Tural Manaflı, III yerinə isə II kurs tələbəsi Mehriban Məmmədova layiq görülüb.

Müsabiqənin sonunda qaliblərə diplomlar təqdim olunub.

TOP XƏBƏRLƏR