A

UNEC-də Milli Musiqi gününə və dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 134 illiyinə həsr olunan tədbir keçirilib.

Distant, qiyabi və əlavə təhsil mərkəzinin (DQƏTM) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Musiqi gününün əhəmiyyətindən, Üzeyir bəyin həyat və yaradıcılığından, Azərbaycan musiqisinin inkişafında xidmətlərindən danışılıb.

Tədbirdə TEC “İqtisadi Yaradıcılıq” departamentinin direktoru Nigar Kərimlinin hazırladığı dahi bəstəkarın portretinin çəkilmə anının videosu nümayiş olunub. Tələbələrin ifasında Üzeyir Hacıbəylinin bəstələri səsləndirilib və musiqili yarış keçirilib.

Sonda fəal iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.

TOP XƏBƏRLƏR