A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus iqtisad məktəbində xalq şairi Bəxtiyar Vahabzadənin poeması əsasında dahi şairimiz Nəsiminin 650 illiyinə həsr edilmiş tamaşa nümayiş etdirilib.

Tələbələr və tamaşanın hazırlanmasında onlara yardım edən müəllimlərin çalışmaları 2 ay sürüb. O dövrə uyğun geyimlərin əldə edilməsi, tamaşanın tərtibatı, rus bölməsi tələbələrinin bəzi qədim sözləri tələffüz etmələrindəki çətinlikləri aradan qaldırmaq gərgin və intensiv iş tələb edib. Nəticədə uğurlu bir tamaşa alınıb.

Tələbələrlə yanaşı, dekanlıq əməkdaşları da tamaşada rol alıblar. Tamaşa vasitəsilə gənclərə B.Vahabzadənin poemasının əsas qayəsi – “Nəsimi uğrunda ölənlər varsa, Nəsimi əbədi yaşayacaq”, yəni onun ideyalarının təbliği ilə şair də daim qəlblərdə və fikirlərdə yaşayacaq ideyası çatdırılıb.

TOP XƏBƏRLƏR