A

İqtisadçı Tələbələrə Dəstək İB-nin təşkilatçılığı ilə UNEC tələbələri "Yarat" Müasir İncəsənət Məkanının XX-XXI Əsrlər Azərbaycan Rəngkarlığı Muzeyini ziyarət ediblər. 

Tələbələr sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin fondlarında saxlanılan rəngkarlıq və qrafika əsərləri, afişa və nəşrlər, eləcə də Milli Arxıv İdarəsində qorunan arxiv sənədləri və əlyazmalarla tanış olublar. Gənclər daha sonra muzeyin eksponatlarına və stendlərinə baxıblar.

Muzeyi ziyarət etmək  tələbələrdə xoş təəssürat yaradıb.

Qeyd edək ki, UNEC,  tələbələrinin dünyagörüşünün formalaşdırılması, onların intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, o cümlədən özünüifadə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində silsilə tədbirləri davam etdirir.

TOP XƏBƏRLƏR