A

UNEC-in Marketinq və Kommunikasiya departamentinin əməkdaşı Seyran Cəfərlinin çəkdiyi karikatura əsəri məşhur Niderland saytı olan Cartoon Movement-də TOP 10-a daxil olub.

Seyran Cəfərlinin koronavirusa həsr etdiyi karikatura əsəri dünyanın bir çox ölkəsinin rəssamlarının əsərləri arasında 10 ən yaxşı karukaturadan biri seçilib. O, karikaturada koronavirus pandemiyasının dünyaya təsirini əks etdirib.

Qeyd edək ki, Cartoon Movement saytı dunyada baş verən siyasi və sosial proseslərə həsr olunan karikaturaları yayınlamaqla yanaşı, dunya mediasını karikatura ilə təmin etməkdədir.

S.Cəfərli yaradıcılıq fəaliyyətinə 1982-ci ildə “Kirpi” jurnalında başlayıb. 2002-ci ildə Azərbaycan Karikaturaçıları Birliyini yaradıb. Hazırda “Humortoons International Cartoon News Centre”nin direktoru və “Humor” beynəlxalq karikatura jurnalının baş redaktorudur. 42-dən çox beynəlxalq karikatura müsabiqəsinin münsiflər heyətinin üzvü olub. Onun beynəlxalq karikatura müsabiqələrində 1000-dən çox əsəri sərgilənib, albomlarda dərc edilib. 100-dən artıq beynəlxalq mükafata, o cümlədən BMT-nin xüsusi mükafatına layiq görülüb. S.Cəfərlinin Belçika, Türkiyə, Fransa və İranda fərdi sərgiləri təşkil olunub. Çin, Kolumbiya, Hollandiya, Kipr, Yaponiya və digər ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə karikaturaları sərgilənib.

TOP XƏBƏRLƏR