2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti və Səbail rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 fevral-Gənclər Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib.
UNEC tələbələrinin iştirak etdiyi tədbirdə gənclərin vaxtlarının səmərəli keçirilməsi, karyera və məqsədə doğru necə addımlamalıyıq və bu kimi digər məsələlər müzakirə olunub. UNEC Yaradıcılıq Mərkəzinin üzvi Lamiyə Qurbanova tədbirdə 2022-ci ilin ictimai fəailiyyət sahəsində əldə etdiyi nailiyyətlərə görə 2 fevral- Azərbaycan Gəncləri Günü münasibəti ilə Səbail rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərmanıyla təltif olunub.