UNEC-in Rus İqtisad Məktəbinin tələbələri UNEC Muzeyini ziyarət ediblər.
Ekskursiya zamanı tələbələr muzeydə nümayiş olunan foto və kino sənədləri, elmi və təhsil-metodiki nəşrlər, multimediya vasitələri, çap materialları, universitetin mükafatları və bağışlanan hədiyyələr,universitetin tarixi haqqında sənəd və eksponatlarla tanış olublar.
 
															


 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
  