“PASHA Holding” ekosisteminin 3 maliyyə təşkilatından biri olan PashaPay MMC (“PashaPay”) UNEC tələbələri üçün ödənişli təcrübə proqramı elan edir!
Təcrübəçilərdən əsas gözləntimiz:
- “m10” brendini cəmiyyətdə təmsil edərək (m10 nun siması olaraq), sərbəst və ya tərəfimizdən təhkim olunduqları ərazilərdə (partnyor biznes subyektlərində) insanları (istifadəçiləri) “m10” tətbiqi barədə ətraflı məlumatlandırmaları;
- m10-nun insanların gündəlik həyatında zaman itkisinin qarşısının alınmasında faydalılığı, rahatlılığı və ödənişlərin tətbiq üzərindən həyata keçirmək üçün müvafiq yardımları göstərmələridir.
PashaPay tərəfindən təcrübəçilərə verilən vədlər:
- Peşəkar təlimçilər tərəfindən şəxsi inkişaf və satış təlimləri (ödənişsiz əsaslarla)
- Sertifikat (Qeyd: Sertifikatlar 1-ci, 2- ci və 3-cü dərəcəli olmaqla layiqli namizədlərə təqdim olunur)
- Fəaliyyətləri müqabilində yüksək bonus (Göstərdikləri uğurlu fəaliyyətə görə bonus ortalama 500-1000 manat arası dəyişə bilir, yuxarı hədd yoxdur)
- Təcrübə proqramını uğurla bitirmiş şəxslərin işlə təmin edilmə imkanı (Layihə boyunca 100 ə yaxın gənc və tələbə şirkətimizdə müxtəlif pozisiyalar üzrə işə qəbul olunublar)
- Öz yaşayış yerinə yaxın və sərbəst ( gün ərzində 4 saat ) qrafiklə iş imkanı
- Əyləncə tədbirləri
- Korporativ mühit, komanda da işləmə, kommunikasiya bacarıqlarının, özgüvənin artırılması, danışıq dialektinin ədəbiləşdirilməsi
Qeyd: Təcrübə proqramı minimum 2 aylıqdır və təcrübəçilər ilə xidməti müqavilə imzalanır.
Proqramda iştirak etmək istəyən tələbələr mövzu yerinə “m10 təcrübə proqramı” yazaraq, CV-lərini Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. elektron ünvanına göndərə bilərlər.