İspaniyanın Malaqa və Huelva Universitetlərinə Erasmus+ mübadilə proqramı çərçivəsində qəbul elan olunur.
Proqramda bakalavriatura pilləsində təhsil alan UNEC tələbələri iştirak edə bilərlər.
Seçiləcək tələbə sayı: 3 nəfər (ümumilikdə)
Müraciət üçün əsas şərtlər:
- Tələbənin ümumi orta balı (ÜOMG) 91-dən yuxarı olmalı;
- İngilis dili ən az B2 səviyyəsində olmalı;
- Bakalavr pilləsi üzrə 2 və ya 3 kurs tələbəsi olmalı.
Müraciət üçün son tarix: 20 oktyabr 2024-cü il
Tələb olunan sənədlər:
- Transkript (bütün semestrlər üzrə)
- CV (ingilis dilində)
- Xarici pasport (ilkin müraciət zamanı şəxsiyyət vəsiqəsi də keçərlidir)
- Niyyət məktubu (ingilis dilində)
- Müvafiq dil sertifikatı (olduğu təqdirdə IELTS, TOEFL və ya müvafiq fakültələrdə ingilis dilində təhsil aldığını göstərən sənəd).
Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaq).
Elektron məktubu göndərərkən başlıq hissəsində universitetin adı – “University of Malaga” və ya “University of Huelva” yazılmalıdır.