UNEC İnklüziv Təhsil Mərkəzinin, UNEC Dizayn Məktəbinin və “Foto-Xalça” şirkətinin birgə təşkilatçılığı ilə 6 may 2025-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Əl işləri sərgisi keçiriləcəkdir.
Sərginin məqsədi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və müxtəlif sənət sahələrinə aid əl işlərini nümayiş etdirməkdir.
Tədbirdə ictimai təşkilatların nümayəndələrinin və digər qonaqların iştirakı nəzərdə tutulur. Sərgidə UNEC Dizayn Məktəbi, “Foto Xalça” və “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyi tərəfindən hazırlanmış əl işləri nümayiş olunacaq.
Ünvan: UNEC, II tədris binası, Həsən Əliyev küçəsi, 135A.
Tarix: 6 may, 2025-ci il, saat 11:00–14:00
Bütün maraqlananlar sərgiyə dəvətlidir!