Xalq Bank maliyyə sahəsinə marağı olan gənc və istedadlı tələbələr üçün təcrübə proqramı elan edir. Proqramın məqsədi, tələbələrə real iş mühiti şəraitində praktiki bilik və bacarıqlar qazandırmaqla, onların karyera inkişafına dəstək olmaqdır.
Proqram çərçivəsində təklif olunan imkanlar:
- 6 ay davam edən təcrübə müddətində real iş mühiti ilə tanışlıq imkanı;
- Dərs saatları nəzərə alınmaqla gün ərzində 4 saat iş imkanı;
- Təcrübəli komanda üzvlərindən öyrənmə və peşəkar inkişaf fürsəti;
- Korporativ mühit, komandada işləmə və kommunikasiya bacarıqlarının artırılması;
- Təcrübə proqramının sonunda sertifikat əldə etmək imkanı;
- Təcrübə müddəti ərzində aylıq təqaüd;
- Bankda karyera qurmaq şansı.
Tələblər:
- Təhsil müəssisəsinin magistratura pilləsinin tələbələri;
- Akademik göstəriciləri yüksək namizədlərə üstünlük veriləcək;
- MS Office proqramlarında işləmə bacarığı;
- Dil bilikləri: ingilis və rus dilləri arzuolunandır;
- Yüksək səviyyədə ünsiyyət bacarığına malik olmaq;
- Kollektivdə işləmə bacarığı;
- Öyrənməyə və işləməyə həvəsli olmaq.
Namizədlər 10 iyuna qədər CV-lərini Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра. e-mail göndərə bilərlər