A

Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsində UNEC-in 10 tələbəsi qalib adını qazanıb.

Qaliblər sırasında UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin idarə heyətinin üzvləri də yer alıb.

Müsabiqənin məqsədi Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü və Vətən müharibəsində qələbənin 5-ci ildönümü ilə əlaqədar olaraq Prezident İlham Əliyevin 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi barədə imzaladığı Sərəncama uyğun gənclərin dövlətçilik dəyərlərinə sadiqliyinin möhkəmləndirilməsi, onların hüquqi biliklərinin artırılması və ictimai təşəbbüslərin dəstəklənməsidir.

Ümumilikdə 86 gəncin layihə təklifi dəstəklənib. Onların arasında UNEC tələbələrinin irəli sürdüyü layihələr də xüsusi diqqət çəkib:

  1. Günel Baxışova – “Qələbənin Digər Üzü - Şəhid Ailələri”
  2. Ceyla Əsgərova – “Qəhrəman Ruh, Parlaq Zəka” – Şəhid Övladları Arasında Bilik və İstedad Festivalı
  3. Fədayət Şəmilov – “Müzəffər Lider, Vətənpərvər Gənclik”
  4. Nuray Səfərova – “Qəhrəmanlar İzində: Şəhidlərimizin Vətənə Əbədi Xidməti”
  5. Xədicə Abbasova – “İntellektual GəncliyimİZ”
  6. Mənsumə Həbibli – “Qayıdışın Hekayəsi”
  7. İsmayıl Rizayev – “Hüquqla Güclən!”
  8. Nurlan Cəlilov – “QarabaghAI – Qəhrəmanlarımız üçün Süni İntellekt Dəstəkli Rəqəmsal Yaddaş Platforması”
  9. Gülzar Əliyeva – “Gənclərin Gözü ilə Konstitusiya və Heydər Əliyev İrsi”
  10. Rüfət Abdullayev – “Qalib Liderin Yolunda: Gənc Müəllimlər Arasında İdeya Müsabiqəsi”

Universitet rəhbərliyi qalib tələbələri ürəkdən təbrik edir, gələcək layihələrində və fəaliyyətlərində uğurlar arzulayır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay