Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbə və gənc əməkdaşlarının nəzərinə çatdırırıq ki, tərəfdaş universitetlərdən biri olan Daşkənd Beynəlxalq Universiteti tərəfindən 1-8 avqust 2026-cı il tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində “International Summer School 2026” beynəlxalq yay məktəbi proqramı təşkil olunacaqdır.

Beynəlxalq yay məktəbi iştirakçılara akademik biliklərin artırılması, beynəlxalq mühitdə təcrübə qazanılması, yeni peşəkar əlaqələrin qurulması və Özbəkistanın zəngin tarixi-mədəni irsi ilə yaxından tanış olmaq imkanı yaradacaqdır. Proqram çərçivəsində müxtəlif ölkələrdən olan tələbə və gənclərin iştirakı nəzərdə tutulur.

Proqram aşağıdakı istiqamətləri əhatə edir:

  • English Language & Global Communication
  • Uzbek Culture and History
  • Artificial Intelligence & Future Technologies
  • Business, Entrepreneurship & Startup Leadership

Yay məktəbi müddətində iştirakçılar beynəlxalq professorların iştirakı ilə keçiriləcək akademik sessiyalara, seminar və workshoplara qatılacaq, dövlət qurumları və aparıcı şirkətlərə rəsmi səfərlərdə iştirak edəcəklər. Bununla yanaşı, proqram çərçivəsində Daşkənd şəhərinin tarixi və mədəni məkanlarına ekskursiyalar, networking tədbirləri, sosial və mədəni fəaliyyətlər təşkil olunacaqdır.

Qeyd edək ki, proqram iştirakçıları üçün aşağıdakılar təmin olunur:

  • Universitet yataqxanasında yaşayış
  • Gündəlik səhər yeməyi və nahar
  • Rəsmi proqram çərçivəsində nəqliyyat xidməti
  • Akademik dərslər və qonaq mühazirələri
  • Şirkət və institusional səfərlər
  • Mədəni və tarixi ekskursiyalar
  • Viza dəstəyi sənədləri
  • Proqramın sonunda sertifikat təqdimatı

Proqram 16–30 yaş arası tələbə və gənc əməkdaşlar üçün nəzərdə tutulmuşdur. İştirak ödənişlidir və proqram haqqı 700 ABŞ dolları təşkil edir.

QEYDİYYAT

ƏLAVƏ MƏLUMAT

Əlaqə:  Beynəlxalq Əməkdaşlıq Departamenti

Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра.

Tashkent International University
Ünvan: Small Ring Road street, 7, Tashkent 100114
Tel: +998 95 981 84 44
WhatsApp: +998 95 981 84 44
Telegram: @tiu_aicenter
E-mail: Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay