6 oktyabr 2025-ci il tarixində saat 11:30-da psixoloq Dr. Lalə Allahverdiyeva tərəfindən “Çoxlu Şəxsiyyət Pozuntusu” mövzusunda seminar təşkil olunacaq.
Seminarın əsas məqsədi insan zehnində çoxlu şəxsiyyətlərin formalaşması fenomeninə elmi-praktik yanaşmanı təqdim etmək, bu vəziyyətin psixoterapiya prosesində və gündəlik sosial mühitdə təzahür formalarını iştirakçılara izah etməkdir.
Tədbirdə iştirakçılar:
- Çoxlu şəxsiyyət pozuntusunun mahiyyəti və səbəbləri barədə məlumat alacaq,
- Onun müxtəlif kontekstlərdə müşahidə olunma formaları ilə tanış olacaq,
- Psixoloji dəstək və müdaxilə üsulları üzrə praktiki biliklər əldə edəcəklər.
Seminar tələbələr və mövzuya maraq göstərən ictimaiyyət üçün nəzərdə tutulub.