“AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ” PHŞ
İT infrastrukturu ilə bağlı mal, iş və xidmətlərin satın alınması məqsədilə
AÇIQ TENDERƏ DƏVƏT EDİR
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, mal, iş və xidmətlərin qısa müddətdə təhvil verilməsi və ödəniş şərtləri.
Əlaqələndirici şəxs: Aqil Əhmədov
Əlaqə telefonu: (012) 492-59-03, daxili 1127
Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küç. 6
Tender 1 (bir) lot üzrə keçiriləcək.
Lot 1 – IT infrastrukturu ilə bağlı mal, iş və xidmətlərin satın alınması
Maraqlananlar elektron müraciət edərək 450 (dörd yüz əlli) manat iştirak haqqını portal operatorunun hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş satınalmanın Əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid elektron portalı vasitəsilə ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər (podratçılar) müqavilənin icrasını təmin etmək üçün lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
- Malgöndərən haqqında tələb olunan sənədlər aşağıdakılardır:
1.1. Malgöndərənin tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Malgöndərənin Nizamnaməsi (əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə) - notarial təsdiq olunmuş pdf formatda portala əlavə edilmə
- Malgöndərənin Dövlət reyesterindən çıxarışı (əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə) və vergi qeydiyyatı barədə şahadətnaməsi - notarial təsdiq olunmuş pdf formatda əlavə edilmə
- Malgöndərənin rekvizitləri - bank hesabı, hüquqi və faktiki ünvanı göstərilməklə imza və möhürlə təsdiq edilmiş rəsmi blankında pdf formatda portala əlavə edilmə
1.2. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış:
- Müvafiq vergi orqanı tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalı və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması pdf formatda portala əlavə edilmə
1.3. Malgöndərənin son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2022-ci il üzrə):
- Vergi orqanının rəsmi blankında və ya elektron təqdim olunmuş sənədin notarial təsdiq forması pdf formatda portala əlavə edilmə
1.4. Malgöndərənin son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı:
- Tender elanı tarixindən sonrakı tarixə bank tərəfindən təqdim olunmalıdır -məktubun əsli skan olunmuş şəkildə - pdf formatda portala əlavə edilmə
1.5. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə sənədlər:
- Oxşar layihələr haqqında sənəd: Malgöndərənin son 2 (iki) ildə İT infrastrukturuna dair ümumi həcmi azı 1.0 mln manat olan və icra edilmiş müqavilələri üzrə məlumat (həmin müqavilələr və onların icrasını təsdiq edən sənədlər təqdim edilməlidir) pdf formatda malgöndərənin imzalı möhürlü blankında portala əlavə edilmə
- Tövsiyə məktubları: Malgöndərən tərəfindən dövlət satınalmaları üzrə oxşar işlər barədə təhvil verilmiş işləri qəbul etmiş sifarişçilərdən 2 tövsiyyə məktubu (və ya müsbət rəy) təqdim edilməlidir;
- Malgöndərənin işçi heyətində görüləcək işlərin həcminə uyğun tələb olunan sayda ixtisaslı kadrları olmalıdır (cədvəl №1 təqdim edilməlidir);
- Təklif olunan avadanlıqlar üzrə istehsalçı tərəfindən təchizatçı təşkilata təqdim etdiyi MAF (Manufacturer Authorization Form) və ya DAF (Dealer/ Distributor Authorization Form) sertifikatı PDF formatda portala əlavə edilmə Əks təqdirdə iddiaçı müsabiqədən kənarlaşdırılacaqdır. (Bu meyar üzrə sənəd tender təklifi ilə birlikdə təqdim olunmalıdır).
- Müqavilənin icra olunmasına dair tələblər:
Bütün işlər müqavilənin imzalanması tarixindən ən geci 100 gün ərzində tamamlanmalıdır (çatdırılma və quraşdırma daxil olmaqla). Təklif olunan müddət barədə təsdiqedici sənəd iddiaçının blankında imzalı və möhürlü şəkildə pdf formatda portala əlavə edilməlidir. - İş həcminin yerinə yetirilməsi üzrə qrafik cədvəli barədə məlumat:
İş həcminə dair Cədvəl №2 mütləq doldurulmalıdır. Sənəd tender təklifi ilə birlikdə İddiaçının blankında imzalı və möhürlü şəkildə pdf formatda portala əlavə edilməlidir.
1.6. Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olmasını təsdiq edən sənəd
1.7. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyətinin olması barədə arayış:
- Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır.
- Məktubun əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması pdf formatda portala əlavə edilmə
1.8. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış:
- Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır.
- Məktubun əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması pdf formatda portala əlavə edilmə
1.9. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış:
- Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Sənədin əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması pdf formatda portala əlavə edilmə
1.10. Mikro, kiçik və ya orta sahibkarlıq subyekti olmasını təsdiq edən sənəd:
- Statistika komitəsi tərəfindən əldə edilmiş və tender elanı tarixinə qüvvədə olan sənəd pdf formatda portala əlavə edilmə
- Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
- Tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır).
Malgöndərənlər qeyd olunan sənədləri elanda qeyd olunan tarix və vaxta kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.
Elanda göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifləri zərfləri elanda qeyd olunan tarix və vaxtda elektron portal vasitəsilə açılacaqdır.
Tender komissiyası
Başlama tarixi: 24.11.2023, saat 18:00
Tələb olunan sənədlərin son təqdim olunma tarixi və vaxtı: 15.12.2023, saat 09:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 25.12.2023, saat 10:00
Zərflərin açılış tarixi və vaxtı: 26.12.2023, saat 09:00