A

Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan Eskişehir Texniki Universiteti (ESTÜ) 2026–2027-ci tədris ilinin payız semestri üçün tələbə mübadiləsi proqramına müraciətlərin qəbulunu elan edir.

Proqram çərçivəsində tələbələr Eskişehir Texniki Universitetində bir və ya iki semestr müddətində təhsil almaq imkanı əldə edəcəklər.

Eskişehir Texniki Universiteti beynəlxalq akademik mühitə, müasir kampusa, əlverişli yaşayış şəraitinə və zəngin sosial-mədəni həyata malik olmaqla tələbələr üçün yüksək keyfiyyətli təhsil imkanları təqdim edir.

 Mübadilə proqramı çərçivəsində aşağıdakı ixtisaslar üzrə təhsil almaq mümkündür:

  • İnformasiya təhlükəsizliyi
  • İnformasiya texnologiyaları
  • Kompüter mühəndisliyi
  • Elektrik və elektronika mühəndisliyi
  • Materiallar mühəndisliyi

Qeyd: Aşağıda qeyd olunan ixtisasın tədris dili 30% ingilis, 70% türk dilidir.

  • Geyim Dizaynı

 Maliyyə şərtləri
Mübadilə proqramı çərçivəsində qəbul olunan tələbələrdən təhsil haqqı tələb olunmur. Yaşayış, nəqliyyat  və digər şəxsi xərclər tələbənin özü tərəfindən qarşılanır.

 Tələb olunan sənədlər

  • Ümumi orta müvəffəqiyyət göstəricisi (GPA): 81+
  • İngilis dili biliyi: minimum B2 səviyyəsi
  • CV (ingilis dilində)
  • Akademik transcript (ingilis dilində)
  • Pasport surəti

Sənədlərin göndərilməsi: Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра.

  • Sənədlərin təqdim edilməsi üçün son tarix: 6 iyul 2026

Kurs kataloqu və proqramlar:

Müraciət qaydaları:

Mübadilə proqramında iştirak etmək istəyən tələbələrdən müəyyən edilmiş müddətlər ərzində müraciət etmələri xahiş olunur.

TOP XƏBƏRLƏR