Erasmus+ mübadilə proqramı çərçivəsində İtaliyanın Sapienza Universitetində mübadilə proqramına sənəd qəbulu elan olunur.
Erasmus+ mübadilə proqramı çərçivəsində bakalavr və magistratura pillələrində təhsil alan UNEC tələbələri iştirak edə bilərlər. UNEC tələbələri 2024/2025-ci tədris ilinin payız semestrində xaricdə təhsillərini davam edə bilərlər. Erasmus+ mübadilə proqramının şərtlərinə əsasən, xarici universitetə təhsil haqqı ödənilmir və aylıq təqaüd təqdim olunur. Namizədlərin seçimi ayrılmış yerlərin sayı (kvota) üzrə təqdim olunmuş sənədlər əsasında, müsabiqə yolu ilə aparılacaq.
Seçiləcək tələbə sayı: 5 nəfər (ölkə üzrə)
Müddət: 2024/2025-ci tədris ilinin payız semestri
Müraciət üçün son tarix: 5 aprel, 2024-cü il.
Əsas şərtlər:
- Tələbələrin orta balı (ÜÖMG) – 91-dən yuxarı olmalı;
- İngilis dilini sərbəst bilməli (B2 və üzəri);
- Müvafiq dil sertifikatı üstünlükdür.
Tələb olunan sənədlər:
- Akademik transkript
- CV (ingilis dilində)
- Pasport (ilkin müraciət zamanı şəxsiyyət vəsiqəsi keçərlidir)
- Niyyət məktubu (ingilis dilində)
Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра.elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaq).
Elektron məktubu göndərərkən başlıq hissəsində “Sapienza Universiteti” yazılmalıdır.
Proqram haqqında əlavə məlumatlar: