AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ (UNEC) Zaqatala filialı

2025/2026-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir

  • 050406 Maliyyə
  • 050405 İqtisadiyyat
  • 050409 Mühasibat
  • 050408 Menecment
  • 050404 Dövlət və bələdiyyə idarəetməsi
  • 050616 İnformasiya texnologiyaları
  • 050402 Biznesin idarə edilməsi
  • 050407 Marketinq
  • 050810 Turizm işinin təşkili

Təkrar ali təhsilə sənəd qəbulu ancaq elektron qaydada https://portal.edu.az/ və http://www.kabinet.unec.edu.az internet linkləri vasitəsilə həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri ilk növbədə https://portal.edu.az/ və bundan sonra isə http://www.kabinet.unec.edu.az portalları vasitəsi ilə elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanırlar.

Sənədlərin qəbulu 2025-ci il may ayının 26-dan avqust ayının 31-dək aparılacaq.

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri  elektron formada təqdim etməlidirlər:

  • Direktorun adına ərizə;
  • Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);
  • 3x4 sm ölçüdə fotoşəkil;
  • Şəxsiyyət vəsiqəsinin surəti.

QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

Ünvan: Əhməd Rəcəbli  küçəsi 4, otaq 202
Telefon: +(994) 24-22-5-21-57
E-mail: Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра.Этот адрес электронной почты защищён от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра.
Mobil : (050) 788 70 03 (həmçinin WhatsApp ünvan)
Mobil : (050)  808 49 08 (həmçinin WhatsApp ünvan)

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay