A

UNEC-in Türk Dünyası İqtisad fakültəsində Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.

Çıxış edənlər Gənclər Gününün tarixi əhəmiyyətindən, gənclərin ölkənin ictimai-siyasi və sosial-iqtisadi inkişafındakı rolundan danışıblar. Qeyd olunub ki, gənclərin bilikli, təşəbbüskar və vətənpərvər ruhda yetişməsi dövlətin gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır. Bildirilib ki, həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradır.

Tədbir tələbələrin fəal iştirakı ilə davam edib, gənclərin cəmiyyətdəki rolu, onların üzərinə düşən məsuliyyətlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay